Misirli gənclərin Təhrir meydanına daxil olmaları əngəllənib

Misirdə "25 Yanvar İnqilabı" aksiyalarının 5-ci ildönümü ərəfəsində ölkədəki rejim müxaliflərindən ibarət bir qrupu Təhrir Meydanına girməyə çalışarkən təhlükəsizlik gücləri ilə toqquşub.
 
Maide.az xəbər verir ki, Təhrir Meydanı yaxınlığındakı Tələt Hərb Meydanında toplaşan və özlərini "Üçüncü davamçılar" şəklində qiymətləndirən "Əhrar" ilə "Ultras" qrupları 25 Yanvar İnqilabının mərkəzi kimi tanınan Təhrir Meydanına şüarlar səsləndirərək girməyə çalışarkən, təhlükəsizlik qüvvələrinin barrikadası ilə üzləşiblər.  
 
Aksiyaçıları dağıtmağa çalışan təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə edib. Baş vermiş qarşıdurma zamanı silah səslərinin də eşidildiyi bildirilir.
 
Toqquşmalarda aksiyaçılardan yaralıların olduğu deyilir.
 
Şahidlərin sözlərinə görə, nümayişçilərin bir qismi polis tərəfindən nəzarətə götürülüb.

Google+ WhatsApp ok.ru