Misir Müsəlman Qardaşları rəhbərinin edam hökmü təsdiqlənib

Misir Müsəlman Qardaşları başçılarından bir neçəsi edama məhkum edilib.
 
Röyters bu gün Misir televiziyasına istinadlı bir xəbərdə bildirib ki, bu ölkə məhkəməsi Müsəlman Qardaşları qrupunun rəhbəri Məhəmməd Bədii və bu qrupun digər 13 üzvünü kobudluq və hərc-mərcliyə təhriketmə ittihamı ilə edama məhkum edib. Bu qrupun əksər liderləri bu günlər məhbəsdədirlər və Misirin hazırkı dövləti bu qrupu terrorçu bir qrup bilir. 
 
Müsəlman Qardaşları terror hərəkətlərində hər cür iştirakı rədd edib və Misirdə qanun hökumətinin bərpasını istəyir.

Google+ WhatsApp ok.ru