Misir ordusu Sinada əməliyyatları davam etdirir

Maide.az Misir mediasına istinadən xəbər verir ki, silahlı qüvvələr mülki polislərin dəstəyi ilə dünən səhər Rifah, Şeyx Zuveyd və Arişdə terrorçulara qarşı "Şəhidlərin Hüququ" adı ilə geniş əməliyyat başladıb.
 
Əməliyyatlarda 29 terrorçunun öldürüldüyü, sığınacaq olaraq istifadə edilən yerlərdəki avadanlıq və materialların məhv edildiyi bildirilən açıqlamada, bir bombanın partlaması nəticəsində 1-i zabit 2 əsgərin öldüyü, 4-nün də yaralandığı qeyd edilib.
 
Sina yarımadasında son zamanlar təhlükəsizlik qüvvələrini hədəf alan hücumları İŞİD terror təşkilatına beyət etdiyini açıqlayan "Sina vilayəti" adlı təşkilat üzərinə götürmüş, Misir təhlükəsizlik qüvvələri də bölgədə geniş miqyaslı əməliyyatlara başlamışdı.

Google+ WhatsApp ok.ru