Misir Qəzza tunellərini su ilə doldurur

Misiri ordusu daha öncə sərhəd boyunca saldığı borulardan Qəzza tunellərini dəniz suyu ilə doldurmağa başlayıb.
Maide.az dunyabulleteni.net-ə istinadən xəbər verir ki, tunelləri dağıtmaq üçün suyun vurulması gecə yerli vaxtla 01:00-da başlayıb.
Tunel sahiblərindən biri olan fələstinli Əbu Mahmud bildirib ki, bəzi tunel sahibləri dənizin duzlu suyunu tunellərdən çıxarmağa çalışırlar.
Qəzzadakı Fələstin Sular İdarəsi Nazirliyi Misirin fələstinlilərin “can damarı” hesab edilən tunelləri dağıtmağa çalışmasının xalqın təhlükəsizliyini təhdit etdiyini bildirib.
Qeyd edək ki, təxminən bir ay əvvəl Qəzza ilə sərhəd boyunca dar xəndəklər qazılaraq içinə 60 sm ölçüsündə borular döşənməyə başlanılmışdı.
Məlumat üçün bildirək ki, bir neçə ildir işğalçı İsrail rejiminin blokadasında qalan Qəzza xalqı, ölkə xaricindən qida və digər ehitayclarını qarşılamaq üçün tunellərdən istifadə edirlər. /

Google+ WhatsApp ok.ru