Misir Qəzzaya gedən dörd tuneli dağıdıb

Misir Qəzzaya gedən dörd tuneli dağıdıb

FaktXəbər-in məlumatına görə, İsrail rejiminin işğalı altındakı Qəzzaya gedən dörd tunel Misir ordusu tərəfindən dağıdılıb.

Misir ordusunun sözcüsü Məhəmməd Səmir feysbukdakı hesabından verdiyi açıqlamasında bildirib ki, 4 tunel ordu tərəfindən dağıdılıb.

Misirdə 2013-cü ildə hərbi çevrilişdən sonra hakimiyyətə gələn rəhbərlik, İsrailin blokadası altında olan Qəzza sərhədinə fələstinlilərin "can damarı" kimi gördüyü tunellərin böyük hissəsini dağıtmışdı.
 
Qeyd edək ki, İsrail rəsmiləri, Misirin Qəzza sərhədindəki tunelləri İsrailin istəyi ilə dağıtdığını açıqlamışdı. /

Google+ WhatsApp ok.ru