Fələstinli uşaqlar təhsildən məhrum edilib

Fələstinli uşaqlar təhsildən məhrum edilib

Sionist rejimin işğalçılıq siyasətləri nəticəsində işğal edilmiş Nəqəb bölgəsində ən azı 5200 fələstinli uşaq təhsildən məhrum edilib.
 
Middle East Monitor-un verdiyi məlumata görə, fələstinli yerli rəsmilər Nəqəb bölgəsində 5200 fələstinli uşağın təhsildən məhrum olduğunu bildirərək onları heç bir təhsisl sisteminin qeydiyyata almadığını bildiriblər.
Ötən il Nəqəbdə uşaqların 40 faizinin valideynləri sionistlərin rasist siyasətləri, acınacaqlı məişət vəziyyəti və başqa şəhərlərdə məktəblərdən istifadəyə olan məhdudiyyətlər üzündən uşaqlarını məktəblərdə qeydiyyata ala bilməyiblər. 
 
Nəqəbdə çadırda yaşayan tayfaların hüquq müdafiəçisi Aud Əbu Fərih deyib, bu rejim siyasi məsələlərdə uşaqlardan su-istifadə edərək ailələrə təzyiq yolu ilə onları öz doğma şəhər və kəndlərindən qovmaq və bu əraziləri də öz nəzarətinə almaq istəyir.
 
Fələstin muxtariyyətinin təhsil nazirliyi də bu bölgələrdə məktəb inşasından aciz olduğunu etiraf edib.
 

Google+ WhatsApp ok.ru