Misir və Suriya diplomatik əlaqələrini bərpa edir

İnformasiya mənbələri Misir və Suriyanın 2 il öncədən dondurulan diplomatik əlaqələri yenidən bərpa etmək qərarına gəldiklərindən xəbər verir.
Maide.az xəbər verir ki,  Misir və Suriya diplomatik əlaqələrin bərqərar və İŞİD terrorizmi ilə mübarizə aparmaq məqsədi ilə təhlükəsizlik sahəsində əməkdaşlıqlarını artırmaq qərarına gəliblər. 
Suriya prezidenti Bəşşar Əsəd televiziya vasitəsilə etdiyi çıxışında deyib ki, Dəməşq Qahirə ilə diplomatik əlaqələrini bərpa edilməsini istəyir və  elə bu istiqamətdə iki ölkə arasında təhlükəsizlik rəsmiləri səviyyəsində birbaşa danışıqlar həyata keçirilir. 
Ötən həftə də informasiya qaynaqları bildiriblər ki, Suriyanın Milli Təhlükəsizlik Ofisinin rəisi Əli Məmluk bir müddət öncə Ərəbistana səfər edərək, bu ölkə rəsmiləri ilə görüşüb, danışıqlar apardıqdan sonra, Qahirəyə səfər edərək, Misir prezidenti Əbdülfəttah Əssisi ilə görüşüb. 
Misirin devrilmiş prezidenti Məhəmməd Mursi 2011-ci ildə Suriya ilə diplomatik əlaqələri kəsərək, Suriyanın Qahirədəki səfirliyini bağlamış, Misirin Dəməşqdəki siyasi-diplomatik heyətini geri çağırmışdı. /

Google+ WhatsApp ok.ru