Hindistanda partlayış nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb

Hindistanın Dxabua şəhərində yerləşən restoranlardan birində baş verən partlayış nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb.
 
Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, restorandakı qaz balonunun partlaması nəticəsində qonşuluqdakı yaşayış binası uçub.
 
Hadisə nəticəsində daha 100 nəfərin yaralandığı bildirilir. Onlardan 20 nəfərinin vəziyyəti ağırdır.
 
Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Faciənin baş vermə səbəbləri araşdırılacaq. /

Google+ WhatsApp ok.ru