Misir və İordaniya işğalçı İsrail rejiminə səfir təyin etdi

Misir və İordaniyanın işğalçı rejimə təyin etdiyi səfirlərin etimadnamələri sionist rejim başçısı Şimon Peresə təqdim edilib.
Maide.az xəbər verir ki, işğalçı rejim başçısının mətbuat ofisindən verilən açıqlamada Ş.Peresin hər iki səfirin etimadnaməsini qəbul etdiyi bildirilir. Açıqlamada həmçinin bölgənin sabitliyinin işğalçı İsrail rejimi ilə Misir və İordaniyanın da maraqlarına cavab verdiyi bildirilir.
Qeyd edək ki, Misirlə işğalçı rejimin diplomatik əlaqələri 3 il idi ki, kəsilmişdi. Bu təyinatla 3 ildən sonra Misir sionist rejimlə əlaqələri bərpa etdi.    /
 

 

Google+ WhatsApp ok.ru