Mobil telefonla danışmaq istədi, yanacaq doldurma məntəqəsini yandırdı-FOTO

Ötən gün İranın Zahidan şəhərinin  Mehristan qəsəbəsində yanacaq doldurma məntəqəsində sürücülərdən birinin telefonla danışmaq istəməsi yanğına səbəb olub. 
Maide.az xəbər verir ki, sürücü avtomobilinin  çənini doldurmaq istəyərkən telefonuna zəng gəlib o telefona cavab vermək istəyərkən benzin doldurma şlanqından  telefonun üzərinə səhvən benzin tökülüb və yanğın baş verib. 
Hadisə yerinə yanğınsöndürənlər gəlib. Yanğın nəticəsində  yanacaq dolrudma məntəqəsi və sürücünün avtomobili tamamilə  yanıb. 
Hadisədə ölən və yaralanan olmayıb. /
 
 
 
 

Google+ WhatsApp ok.ru