Mogerini: `Daha heç bir üzrxahlıq qəbul edilmir`

Maide.az-ın məlumatına görə, yüzlərlə nəfərin ölümü ilə nəticələnmiş Liviya sahillərində mühacirlərlə dolu balıqçı qayığının suda qərq olmasının ardınca Avropa ölkələrinin xarici və daxili işlər nazirləri Lüksemburqda keçirdikləri yığıncaqda məyusluqla özlərini Avropaya çatdırmaq istəyən şəxslərin axını problemini araşdırıblar.
 
Bazargünkü hadisədə həlak olanların ailələrinin sərnişinlərin sayını təqribən min nəfər elan etdikləri bir halda, BMT-nin mühacirlərin məsələləri üzrə baş komissarı deyib ki, ehtimal üzrə bu mühacirlərdən 700 nəfərdən çox insan həlak olub. 
 
Beynəlxalq Miqrasiya Təşkilatı dünən Aralıq dənizində digər bir qayıqdan təcili yardım siqnalı almasından xəbər verib. 
 
Bu təşkilatın sözçüsü Federika Mogereni bildirib ki, əlaqə saxlamış şəxs qayığında üç yüzdən çox insanın olduğunu və batmaqda olduqlarını bildirib. O, habelə bildirib ki, həmin anadək azı 20 nəfər həlak olub. 
 
Belə bir halda, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Avropa ölkələrinə xitabən bildiib ki, Aralıq dənizində 300 mühaciri daşıyan qayığın yardım istəməsindən sonra mühacirlər böhranı haqda təcili tədbirin görülməməsi barədə daha heç bir üzrxahlıq qəbul edilmir. 
 
Məlumatlara görə, ötən il təqribən 170 min nəfər İtaliya vasitəsilə Avropa Birliyinə daxil olub və bu gedişin davam etməsi ilə bu göstəricinin cari ildə artacağı gözlənilir. 
 
Mühacirlərin daxil olması sahəsində ehtimal üzrə daha çox təzyiqlərə məruz qalan İtaliya yetərli addımlar atmamalarına görə Avropa Birliyindəki şəriklərinə etiraz edir. 

Google+ WhatsApp ok.ru