Ər-Rəmadinin mərkəzində 35 İŞİD-çi öldürülüb

İraq ordusunun Ər-Rəmadinin mərkəzində İŞİD mövqelərinə qarşı hava əməliyyatı 35 İŞİD-çinin öldürülməsi ilə nəticələnib.
 
Maide.az-ın "əl-Aləm"ə istinadla verdiyi məlumata görə, Ər-Rəmadi şəhərində əl-Haqq polis mərkəzi komandanı Ömər Xəmis bildirib ki, bu əməliyyat ötən gün İraq ordusu hava qüvvələri tərəfindən həyata keçirilib. 
 
İŞİD mövqeləri qadın xəstəxanasının arxa hissəsində yerləşirmiş. 
 
İraq ordusunun çevik əməliyyat diviziyasının komandanı bildirib ki, Ər-Rəmadidə qadınlar xəstəxanası İŞİD terrorçularından tam təmizlənib. 
 
Bu xəstəxana 4 gün öncə və İŞİD ünsürlərinin oraya yaxınlaşmasına görə tam təxliyə edilmişdi. 
 
Əl-Anbar vilayət polisi komandanı general Kazım əl-Fəhdavi də bildirib ki, Ər-Rəmadi şəhərində İŞİD təhlükəsi tamamilə aradan qaldırılıb və İraq qüvvələri bu şəhərin mərkəzində terrorçulara qarşı böyük qələbələri reallaşdırıblar.

Google+ WhatsApp ok.ru