Moldovada prezident seçkisi ikinci tura qalıb 02 Noyabr 2020 10:29 Dünya İlk turda qadın namizəd önə çıxdı Moldovada prezident seçkisi ikinci tura qalıb. Noyabrın 1-də səkkiz namizədin iştirakı ilə keçirilmiş ilk turda sabiq baş nazir, Hərəkət və Həmrəylik Partiyasının lideri Mayya Sandu 35,9% səslə önə çıxıb. O, noyabrın 15-nə təyin olunmuş ikinci turda indiki prezident İqor Dodonla yarışacaq. Dövlət başçısı birinci turda səslərin 32,7%-ni toplayıb. 1972-ci il təvəllüdlü Mayya Sandu Moldovada İqtisadi Təhsil və Dövlət İdarəçiliyi akademiyalarını, ABŞ-da Harvard Dövlət İdarəçiliyi İnstitutunu bitirib. 2012-2015-ci illərdə maarif naziri, 2019-cu ilin iyun-noyabr aylarında baş nazir olub. 1975-ci il təvəllüdlü İqor Dodon iqtisad elmləri doktorudur. Moldova hökumətində müxtəlif postlar, o cümlədən baş nazirin birinci müavini, iqtisadiyyat və ticarət naziri vəzifələrini tutub, Sosialist Partiyasının sədri olub. 2016-cı il noyabrın 13-də keçirilən ümumxalq səsverməsində prezident seçilib. Moldovada prezidentin səlahiyyət müddəti 4 ildir. Parlament respublikası olan ölkədə hökuməti 101 yerlik qanunverici orqanda mandatların yarıdan çoxuna sahib olan partiya qurur. /Novator.az/ Teqlər : #Moldovada,#prezident,#seçkisi,#ikinci,#tura,#qalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İzmirdə zəlzələdə ölənlərin sayı 83-ə çatıb - YENİLƏNİB Nigeriyada 157 terrorçu saxlanıldı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO