İzmirdə zəlzələdə ölənlərin sayı 83-ə çatıb - YENİLƏNİB

İzmirdə zəlzələdə ölənlərin sayı 83-ə çatıb - YENİLƏNİB

İzmirdə zəlzələdən ölənlərin sayı 83-ə çatıb.

Bu barədə Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum bildirib.

Onun sözlərinə görə, 962 nəfər yaralıdan 219-u xəstəxanada müalicə olunur, onlardan 4-nün vəziyyəti ağırdır.

 
***
İzmirdə zəlzələdən ölənlərin sayı 79-a çatıb.
 
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib. Yaralı sayı isə 962 nəfərdir. Yaralananlardan 743 nəfər xəstəxanadan buraxılıb, 219 nəfərin isə müalicəsi davam edir.
 
İzmirdə 8 binada hələ də xilasetmə işləri aparılır.
 
Zəlzələ sonrası 1120 afterşok qeydə alınıb. Onlardan 43 afterşokun maqnitudası 4 baldan yuxarıdır.
 

Google+ WhatsApp ok.ru