Moskvada beynəlxalq Quran festivalı keçirilir

Bu gün Moskvada mübarək Ramazan ayı münasibəti ilə  I  Beynəlxalq Quran festival sərgisi  öz işinə başlayıb. 
Maide.az xəbər verir ki, festival sərgi iyul ayının 11-dən 17-dək Moskvada Altufevsko küçəsi, 79 a ünvanında hər gün saat 15:00-dan 21:00-dək təşkil olunur. 
Festival sərgi çərçivəsində Quran kitabları və IT texnologiyası, uşaqlar üçün film və cizgi filmləri, böyüklər və uşaqlar üçün Quranın öyrənməsi üçün yeni texnologiyalar və kitablar, Quran hekayələri əsasında kino və cizgi filimləri, kompüter proqramları, İran, Türkiyə və Rusiya istehsalı olan islami qadın geyimləri nümayiş olunur. 
Həmçinin Quran oxumağı öyrənmək istəyənlər üçün master-klass təşkil olunur.    /
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru