Moskvada Qədir-Xum Bayramı qeyd edilib -FOTO

Xəbər verdiyimiz kimi, hicri-qəməri təqvimi ilə Zilhicə ayının 18-i (cari il 13 Oktyabr, - red.) İslamın ən böyük bayramlarından biri, Qədir-Xum bayramı qeyd olunur. Bütün dünyada bu münasibətlə müxtəlif bayram şənlikləri və mərasimləri düzənlənir.

Elə bu münasibətlə ötən gecə Rusiya Federasiyasının paytaxtı Moskova şəhərindəki Hüseyniyyədə  Qadir-Xum bayramı münasibətilə təntənəli mərasim keçirilib. Bu barədə "Moskova Şiələrinin Dini Təşkilatı" İB-nin sədri Famil Cəfərov məlumat yayıb. "Əlhəmdulillah! Hüseyniyyədə Qədir-Xum bayramı münasibətilə məclis keçirildi", - deyə F.Cəfərov bildirib.

Təşkilat sədrinin bayram məclisindən bölüşdüyü görüntülərdən anlaşılır ki, mərasimdə ilahiyyatçı Hacı Ağa Rəşid Talıbov xütbə söyləyib, mərasimdə bayram ilahiləri səslənib.  deyerler /

Google+ WhatsApp ok.ru