Ərəbistan Yəmən sərhədlərinə əsgər yığır

Xəbər mənbələri Səudiyyə Ərəbistanının bu zamana qədər görülməmiş bir şəkildə Yəmən sərhədlərinə hərbi güc yığdığını bildirirlər.
 
Maide.az-ın "Hicaz" xəbər saytına istinadən verdiyi məlumata görə, Ərəbistanın sərhədlərə yerləşdirdiyi hərbi qüvvələrin yalnız müharibə üçün istifadə edilə biləcəyi aydın olur.
 
Ərəbistanın daha əvvəl də Yəmənin Ərəbistanla sərhəd vilayəti olan Səidənin Cazan bölgəsindəki sərhədlərinə hərbi güc yerləşdirdiyi deyilir.
 
Həmçinin Ərəbistanın qırıcı təyyarələrinin Cazan sərhəd bölgəsində davamlı patrul uçuşları etdikləri bildirilir.
 
Qeyd edək ki, Yəmənin Səidə vilayəti Ənsarullah hərəkatının mərkəzi olaraq qəbul edilir və əvvəllər Səudiyyə rejimi əsgərləri ilə Ənsarullah hərəkatı arasında qarşıdurmalar olub.

Google+ WhatsApp ok.ru