Moskvada `Qırmızı Meydan` adlı kitab festivalı keçiriləcək

İyunun 3-dən 6-na kimi Moskvada "Qırmızı Meydan" adlı kitab festivalı keçiriləcək.

Maide.Az Rusiya mediasına istinadən xəbər verir ki, festival ilk dəfə keçən il keçirilib, lakin bu ildən festival hər il baş tutacaq. 

Bu il tanınmış müəlliflər və kitabları ərsəyə gətirənlər ölkənin əsas meydanına toplaşacaqlar. 

"Qırmızı Meydan"ın mərkəzində 100-mindən çox kitab nümaiş etdiriləcək ki, onların sıyahısında bədii adlar, uşaq, təhsil, elmi və digər janırda olan kitablar da olacaq. Bu kitablar həm rus dilində, həm də  Rusiya Federasiyasına daxil olan digər dillərdə oxuculara təqdim olunacaq. 

Kitab festivalı Moskva rəsmilərinin dəstəyi ilə yanaşı, Mətbuat və Kütləvi Kommunikasiyalar, Rus kitabı Birliyi Federal Agentliyi tərəfindən təşkil olunur. /

Google+ WhatsApp ok.ru