İsraildə koalisiya hökuməti quruldu

İsrail Baş naziri Benyamin Netanyahunun lideri olduğu "Lukud" partiyası ilə radikal sağçı partiya olan "Evimiz İsrail" partiyası koalisiya qurmağa qərar veriblər.
 
Maide.Az Sputnik-ə istinadən bildirir ki, koalisiyanın qurulması haqqında "Lukud" partiyasından seçilmiş Turizm naziri  Yariv Levin məlumat verib. O bildirib ki, bu müqavilə tezliklə parlamentdə təsdiqlənəcək. O həmçinin bildirib ki, müqavilə qüvvəyə mindikdən sonra "Evimiz İsrail" partiyasından olan Avigdor Liberman Müdafiə naziri olacaq. 
 
Bundan əlavə Miqrasiyya naziri kürsüsünə də "Evimiz İsrail" partiyasından olan millət vəkillərindən biri gətiriləcək. Bütün bu məlumatlarla yanaşı bildirilib ki, "Lukud" partiyası "Evimiz İsrail"-in koalisiya üçün qoyduğu şərti- təqaüdlər üçün büdcədən 1,4 milyard şekel ayrılmasını qəbul edib. Bu ödəmə Libermanın ən çox dəstək gördüyü keçmiş sovet ölkələrindən köçüb gələn miqrantlara da aid ediləcək. 

Google+ WhatsApp ok.ru