Moskvada Rusiyalı müsəlmanlar üçün istirahət mərkəzi açılacaq

Maide.Az xəbər verir ki, Moskvada müsəlmanların asudə vaxtlarını səmərəli  keçirtmələri üçün istirahət mərkəzin açılması gözlənilir.
 
Təklif Moskva Şəhər Dumasında keçirilən dəyərimi masa zamanı Moskva müftisi Albir Kırganov tərəfindən səsləndirilib. Onun fikirincə, istirahət mərkəzinə "Müsəlman qəsəbəsi" və yaxud, "Tatarıstan qəsəbəsi" adını vermək yaxşı olardı.
 
"Moskva müsəlmanlarına paytaxtda mövcud olan dörd məscid bəs etmir. Müsəlmanlar qayda olaraq, çox aktivdilər. Bu cür olan halda, biz onlarla nə edək? Yahudilərin mükəmməl tolerantlıq mərkəzi, Rusların çox sayda gözəl kilsələri və muzeyləri olduğu halda, bizim, sadəcə 4 məscidimiz var ki, onlarda da, ancaq dua edib, namaz qılmaq mümkündür. Lakin müsəlman gənclərin mədəni inkişafı üçün hec bir mövcud şərait yoxdur", -deyərək müfti deputatlar önundə çıxışında deyib. 
 
Şəhər Duması isə təklifə baxılacağını bildirib. 

Google+ WhatsApp ok.ru