Moskva müsəlmanları Məhəmməd Əlinin  xatirə gecəsini  təşkil edəcək

Moskva müsəlmanları Məhəmməd Əlinin xatirə gecəsini təşkil edəcək

Əfsanəvi boksçu Məhəmməd Əlinin xatirə gecəsi  bu gün  Moskvada qurulan  "Ramazan Çadırı"nda keçiriləcək.
 
Maide.Az xəbər verir ki, əfsanəvi müsəlmanın boksçunun xatirə gecəsində tanınmış idmançılar, Olimpia oyunlarının qalibləri və bütün onu sevənlər iştirak edə bilərlər.
 
Təşkilatçılar vurğulayırlar ki, bu gün "Ramazan Çadırı"na giriş pulsuz olacaq.
 
Xatırladaq ki,  Məhəmməd Əli iyunun 3-ü, 74 yaşında dünyadan köçüb. İdmançı ömrünün son illərində səhhəti ilə bağlı ciddi problemlər keçirirdi. Dünyasını dəyişməmişdən bir neçə gün öncə , o, nəfəsalma problemləri ilə xəstəxanaya düşmüşdü. /

Google+ WhatsApp ok.ru