Moskva ruhaniləri Bəhreyndə baş vermiş hadisələrlə bağlı bəyanat yayıb

Moskva ruhaniləri Bəhreyndə baş vermiş hadisələrlə bağlı bəyanat yayıb

Axır zamanlarda Bəhreyndə müsəlmanlara qarşı olan təzyiqlər hər bir azadlıqsevər insanı narahat etməkdədir. 
 
Bəhreyndə baş verən hadisələrlə bağlı Moskva ruhaniləri bəyanat yayıb. 
 
Bəyanatda deyilir:
“Bəhreynin diktator rejiminin dünyanın heç bir qanunlarına uyğun gəlməyən hərəkətləri Rusiyanın Moskva şəhərində yaşayan azərbaycanlı müsəlmanları, xüsusən ruhaniləri çox narahat edir. Bu rejimin son rəzaləti dünya şöhrətli və əsl-nəcabətli bəhreynli Ayətullah Şeyx İsa Qasiminin vətəndaşlıqdan məhrum edilməsi olmuşdur. Diktator rejimin bu hərəkəti onun son nəfəsinin göstəricisidir. Biz Moskva ruhaniləri bu hərəkəti pisləyir və bütün aidiyyatı qurumlardan, xüsusən BMT-dən Bəhreyn rejiminin bu özbaşınalığının qarşısını almağı tələb edirik. Ali Xəlifə rejiminə tarixdən dərs almağı tövsiyə edirik”.(FaktXəbər)
 

Google+ WhatsApp ok.ru