Moskva Suriya Xarici İşlər Nazirini gözləyir

Moskva Suriya Xarici İşlər Nazirini gözləyir

 
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, Suriya xarici işlər naziri Vəlid Muallimin Moskvaya səfər etməsini gözlədiklərini bildirib.
 
Maide.Az xəbər verir ki, Boqdanov "Sputnik" informasiya agentliyinə verdiyi açıqlamada bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və Vəlid Muallim Nyu-Yorkda görüşmüşdülər. Lakin buradakı görüşün formatı uzun müzakirə üçün uyğun deyildi. Mualimin Moskvaya səfər etməsi üçün açıq dəvətnaməsi var. Onu hər zaman gözləyirik.
 
Qeyd edək ki, Lavrov və Muallim BMT Baş Assambleyası iclasının keçirildiyi ABŞ-ın Nyu-York şəhərində sentyabr ayının 23-də görüşmüşdülər. Bu görüş, ABŞ rəhbərliyindəki koalisiyanın Deyr Əz-Zor yaxınlığında Suriya ordusunun mövqelərini bombalaması və Hələb yaxınlığında da humanitar yardım konvoyuna hücum edilməsi zamanı baş tutmuşdu. /

Google+ WhatsApp ok.ru