Müqtəda Əs-Sədr: `Amerika Suriyada yeni bir Vyetnamla qarşılaşmaqdan qorxur`

İraqın Sədr hərəkatının lideri Müqtəda Əs-Sədr Amerikanın Suriyaya quru qoşunlarının yeritməməsinə dair açıqlama ilə çıxış edib. Maide.az xəbər verir ki, Sədrə görə ABŞ-ın bölgədə növbəti Vyetnam sindromu ilə qarşılaşmaqdan qorxur.

"Amerika quru qoşun qüvvələrini Suriyaya göndərməməsini səbəbi budur ki, burada ikinci Vyetnamla üzləşmək istəmirlər. Bu qorxusuna görə ABŞ digər ölkələri də Suriya bataqlığına çəkmək istəyir", - deyə M.Sədr bildirib.

Qeyd edək ki, amerikalı bir məsul şəxs İŞİD-lə mübarizə adı altında Suriyaya 20-30 hərbi ekspert göndərmək qərarına gəldiklərini açıqlayıb./

Google+ WhatsApp ok.ru