Müsəlman ölkələrində qadınlar daha az sayda intihar edirlər

Tanınmış İslandiyalı kriminalistin fikrincə, müsəlman ölkələrində qadınlar heç də digər ölkələrdə yaşayan qadınlardan pis yaşamırlar.
Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Nyu York Universitetində dissertasiya müdafiəsinə hazırlaşan İslandiyalı kriminalist Marqaret Valdimarsdottir deyib ki, müsəlmanlar arasında qadın zorakılığı ilə əlaqədar statistikada heç bir məlumat yoxdur.   
O deyib ki,   statistikanın sonuncu nəticələrini analiz edərək bu qənaətə gəldim ki,
müsəlman ölkələrində qadınlar heç də digər ölkələrdə yaşayan qadınlardan pis yaşamırlar. "Qeyri-müsəlman ölkələrində qadınların intihar sayı daha çoxdur, lakin müsəlman ölkələrində qadın intiharları çox cüzi saydadır."

Marqaret Valdimarsdottirin bu tədqiqatlara başlamasının səbəbi İslandiyalıların 42% -nin bu ölkədə açılacaq məscidə qarşı etiraz etmələri olub.//


 

Google+ WhatsApp ok.ru