Böyük 7-lər Rusiyasız toplaşacaq

Böyük Yeddilik növbəti sammitini Rusiyanın iştirakı olmadan keçirməyi planlaşdırır. Maide.az-ın məlumatına görə, bu haqda Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. Məlumatda G7-nin digər üzvləri olan Fransa, Böyük Britaniya, İtaliya, Yaponiya, ABŞ və Kanadanın Dövlət və hökumət başçıları ilə birgə Almaniya kanslerinin qatılacağı növbəti sammitin 2015-ci ilin iyunun 7-8-də keçiriləcəyi barədə qərar verildiyi bildirilir.
 
Xatırladaq ki, bu il Böyük Yeddilik Ukraynaya qarşı olan təcavüzkar siyasətinə görə Rusiyanı öz sıralarından çıxardaraq sammitin Soçidə keçirilməsindən imtina etmişdi.

Google+ WhatsApp ok.ru