Müsəlman Tələbələrin Beynəlxalq Quran Müsabiqəsi keçiriləcək

Müsəlman Tələbələrin Beynəlxalq Quran Müsabiqəsi İranın Tehran şəhərində keçiriləcək.
Maide.az-ın məlumatına görə, İran bu yarışlara dörd gün müddətində evsahibliyi edəcək. Yarışlar 2015-ci ilin yanvar ayının 1-dən – 5-dək Milad qülləsində təşkil olunacaq.
Beynəlxalq Quran müsabiqəsində   dünyanın 50-dən çox ölkəsindən müsəlman tələbələr iştirak edəcəklər. Artıq  Misr, Bosniya və Taylanddan iştirakçı tələbələr İrana səfər edib.
“Müsəlman Tələbələrin Quran Müsabiqəsi”nin 5-ci turunda iştirak edəcək digər müsəlman ölkələrindən olan iştirakçılar 2015-ci ilin yanvar ayının 1-dək İrana səfər edəcək. / 

 

Google+ WhatsApp ok.ru