Uqandada daha bir ruhaniyə qarşı terror aktı təşkil olunub

Dekabrın 28-də Uqandada daha bir şiə ruhaniyə qarşı terror aktı təşkil olunub. 
Maide.az-ın məlumatına görə,  Şeyx Mustafa Behiqə dekabrın 28-də Uqandanın paytaxtı Kampala şəhərində maqistral yolda avtomobilində gedərkən naməlum silahlı şəxslər tərəfindən hücuma məruz qalıb və şəhid olub. 
Qeyd edək ki, ötən həftə də Uqandada Əhli-Beyt (ə) müəssisəsinin rəhbəri Şeyx Əbdül Qadirə qarşı terror aktı təşkil olunmuşdu. Şeyx Əbdül Qadir cümə axşamı Kumeyl duasından çıxarkən nəmlum silahlı şəxslər tərəfindən odlu silahla  vurulub. Aldığı güllə yarasında şəhid olmuşdu.  /
 

Google+ WhatsApp ok.ru