Müsəlman Alimləri Birliyi: İŞİD tamamilə haramdır

Müsəlman Alimlər Birliyinin sədr müavini Əhməd Reysuni yaydığı bəyanatda, "İŞİD A-dan Z-yə qədər bütün şəriətdən kənardır və haramdır", - deyib.
 
Maide.az xəbər verir ki, Əhməd Reysuni daha sonra belə deyib: "İŞİD vücuda gəldiyi gündən yox olana qədər tamamilə haramdır. Haram içində haramdır, ona aid olan hər şey də haramdır."
 
İordaniyalı pilotun yandırılması hadisəsinə dair bəzi reaksiyaları tənqid edən Reysuni belə əlavə edib: "İordaniyalı pilotun İŞİD tərəfindən yandırılması caiz deyil", - demək, əslində bu təşkilatın digər işlərinin caiz olduğunu və ya bəzi caiz işləri də olduğunu etiraf etmək mənasına gəlir. Bu da doğru deyil.
İŞİD-in İslam və müsəlmanlarla bir əlaqəsi yoxdur; İslam və müsəlmanlar sadəcə belə bir savaşın qurbanlarıdır."

Google+ WhatsApp ok.ru