İsrailə görə konfransa qatılmadı

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Münhen Təhlükəsizlik Konfransını israilli nümayəndələrin qatılacağını da eşitdikdən sonra konfrans proqramını ləğv edib.
 
Maide.az xəbər verir ki, Berlin səfirliyində Qərbi Avropa Baş Konsulları görüşündən sonra təşkil olunan mətbuat konfransında jurnalistlər Çavuşoğlundan Münhen Təhlükəsizlik Konfransına qatılmamasının səbəbini soruşublar. Dəvətin Baş nazir Əhməd Davudoğluna da gəldiyini, ancaq seçki öncəsi və ölkə gündəminin sıxlığı səbəbindən Davudoğlunun iştirak etməyəcəyini bildirin Mövlud Çavuşoğlu, "konfransda iştirak edəcəkdim, ancaq Yaxın Şərq iclasında israilli nümayəndələri sonradan daxil etdikləri üçün qoşulmamağıma qərar verdim. Amma Almaniya ilə münasibətlərimiz yalnız Münhen Konfransı ilə məhdud deyil. Konfrans əsasən ikitərəfli əlaqələrimizə aid məsələ deyil, beynəlxalq bir konfransdır. Ona görə də bu Almaniyaya qarşı bir davranış da deyil", - söyləyib.

Google+ WhatsApp ok.ru