Müsəlmanlarla xristianlar arasında qanlı toqquşma

Maide.az RİA Novostiyə istinadən xəbər verir ki, Mərkəzi Afrika Respublikasında müsəlmanlarla xristianlar arasındakı toqquşmada 10 nəfər həyatını itirib.
İnsidentə bir qrup xristianın müsəlman gənсi öldürməsi səbəb olub. Buna cavab olaraq müsəlmanlar qarşı tərəfə hücum ediblər. Yerli hökumət tərəflər arasındakı münaqişənin böyüməsindən ehtiyat edir. Belə ki, 2013-cü ildə də müsəlmanlarla xristianlar arasında kütləvi qarşıdurma olmuş və nəticədə minlərlə insan ölmüşdü. 
Həmin vaxt kütləvi qətllərin və dini zəmində baş verən qarşıdurmaların şiddətlənməsi ilə əlaqədar BMT nəzarətində olan yüzlərlə fransız əsgəri paytaxt Banguidə asayişi təmin etməyə cəlb olunmuşdu.

Google+ WhatsApp ok.ru