Müsəlmanlar Halloween mərasimi üçün islam geyimlərinin satışına görə «eBay»-a etiraz etdilər

Amerikanın «eBay» internet satış mağazasının Halloween bayramı ərəfəsində çadra və niqab satışının həyata keçirməsi müsəlmanların etirazına səbəb olub.
Maide.az xəbər verir ki, Halloween qərblilərin ənənəvi bayramlarından sayılır. Bununla bağlı mərasim 31 oktyabr axşamı keçirilir və insanlar qəribə, qeyri-ənənəvi və gülməli libaslar geyinməklə, bu münasibətlə keçirilən ziyafətlərdə iştirak edirlər.
İslamofobiya  Müşahidə Təşkilatının (Tell MAMA) direktoru Fəyyaz Moğul deyib ki, bir çox müsəlman qadınlar niqabdan istifadə etmirlər, lakin bunun Halloween geyimi kimi təqdim etmək, bundan istifadə edən azlığı daha da hücum hədəfinə alır.
O qeyd edib ki,biz «eBay»-dan müsəlman qadınların təhlükəsizliyinin qorunması üçün bu geyimləri Halloween libaslarının satış siyahısından çıxarılmasını tələb etmişik. /
 

Google+ WhatsApp ok.ru