`Ayətullah Nimrin edam edilməsi Şiələrə qarşı müharibədir`

Bəhreynin “14 fevral inqilabının tərəfdarları” Hərəkatı Ayətullah Baqir əl-Nimrin edam hökmünün təsdiq edilməsi xəbərinə cavabında, bəyanat yayaraq xəbərdarlıq edib ki, bu hökmün icrası Şiələrə, bütün dinlərə və əsas azadlıqlara qarşı müharibə mənasını daşıyır.
Maide.az xəbər verir ki, Hərəkat bildirib ki, Qərb və müsəlman ölkələrinin dəfələrlə Səudiyyə Ərəbistanını bu hökmü ləğv etməyə çağırmasına baxmayaraq, Ərəbistanın vəhhabi rejiminin Apellyasiya Məhkəməsi edam hökmünü qüvvədə saxlayaraq, yekun təsdiq üçün krala göndərib.
Hərəkat, bu hökmün təhlükəli nəticələri ilə bağlı Ərəbistan rejiminə xəbərdarlıq edərək vurğulayıb ki, Əl-Şərqiyə bölgəsində və Bəhreyndə bu hökmə xalqın reaksiyası hətta inqilabın baş verməsinədək kütləvi və kəskin olacaq.
Bəhreynin “14 fevral inqilabının tərəfdarları” Hərəkatı qeyd edib ki, bu böyük din aliminin edam hökmünün icra edilməsi regionu yeni və çoxsaylı lokal, regional və beynəlxalq böhranlara sürükləyir və Ərəbistan rejimi bu düşünülməmiş addımın təhlükəli nəticələri qarşısında məsuliyyət daşıyır.
Hərəkat həmçinin Ərəbistan və ABŞ səfirlikləri qarşısında etiraz aksiyalarının keçirilməsini, və Səud rəhbərlərinə müxtəlif ölkələrin və KİV-lərin başçıları tərəfindən təzyiqlərin edilməsinə çağırıb. /
 

Google+ WhatsApp ok.ru