Müsəlman qadın istehlakçılar geyimə nə qədər pul xərcləyib?

Son vaxtlar  Avropa ölkələrində,  Amerika və digər ölkələrdə islami geyimin isehlakı  geniş formada yayılıb. Hər il islami geyimin alınması üçün milyardlarla dollar vəsait xərcləyir. 
 
Maide.az  aljazeera.net -ə istinadən xəbər verir ki, qlobal iqtisadiyyatın hesablamalarına görə, müsəlman istehlakçılar 2015-2016-cı ildə 230 milyard dollar  vəsaiti islami geyimlərin təmini üçün xərcləyiblər. Bu rəqəmin 2019-cu ildə 327 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır. 
 
Hesablamalara görə,  İngilətərədə islami geyimlərinin alınmasına 107 milyard dollar, Almaniyada 99 milyard dollar, Hindistanda 96 milyard dollar vəsait xərcləinib. 
 
 Bu məsələ böyük kommersiya şirkətlərini hicablı xanımlar üçün geyimlər istehsalı sahəsində rəqabət aparmağa vəsvəsə edir.  Hicablı geyimlər istehsalı sahəsində
 
Türkiyənin 2012-ci ildə təsis olunan Modanisa şirkəti artıq dünyanın 60 ölkəsində öz məhsullarını satışa çıxarır. Artıq  Amerika və Rusiyada da moda sahəsində çalışan insanlar  hicab geyimləri istehsal edir. Bunlarla yanaşı dünyanın tanınmış brendləri də hicablı xanımlar üçün islami geyimlər  istehsalına başlayıblar. Onlardan  “Uniqlo” beynəlxalq şirkəti, Yaponiyanın  “M&H” şirkətini  və İsveçrənin DG şirkətlərini  göstərmək olar. /
 

Google+ WhatsApp ok.ru