Səudiyyədə maaşlar gecikməyə başlayıb – MALİYYƏ ÇƏTİNLİKLƏRİ

Səudiyyə Ərəbistanının tikinti şirkətlərində maaşlar gecikməyə başlayıb.
Fins.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, artıq ölkənin əmək nazirliyi məsələ ilə bağlı araşdırmaya başlayıb. Nazirlik şirkətin adını açıqlamasa da, bəyan edib ki, söhbət tikinti sektorunda fəaliyyət göstərən müəssisədən gedir.
Agentliyə o da məlum olub ki, bu vəziyyətə düşən təkcə bir şirkət deyil və daha bir neçə iri tikinti şirkəti maliyyə çətinliyi ilə üzləşib. Yaranmış vəziyyətin səbəbi isə neftin ucuzlaşmasıdır.
Məsələ ondadır ki, neft gəlirlərinin azalmasını nəzərə alan hökumət xərcləri ixtisar edib. Son nəticədə tikinti sahəsinə yönəldilən investisiyalar da azalıb.
Yerli analitik Murad Ənsari deyib ki, maddi çətinliklərlə əlaqədar bir sıra layihələrin icrası ləngiyir: “Elə layihə var ki, 6 aya həyata keçirilməli idi, amma indi bunun üçün daha çox vaxt tələb olunur”. Tikinti sektoru Səudiyyə Ərəbistanının ümumi daxili məhsulunda 7%-ə yaxın paya malikdir. /
 

Google+ WhatsApp ok.ru