Müsəlmanların sayı xristianları keçəcək

"Pew Research Center" tərəfindən aparılan tədqiqatda dünya müsəlman əhalisinin bu əsrin sonunda xristian əhalisini arxada qoyacağı qeyd olunur.
 
Maide.az xəbər verir ki, tədqiqatda Yaxın Şərq və Şimali Afrika ölkələrinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, bu ölkələrin dünyadakı müsəlman əhalinin yalnız yüzdə 20 faizinə sahib olduğu qeyd edilir. Dünyada ən çox müsəlman əhalinin isə Asiya-Sakit Okean bölgəsində yaşadığı vurğulanır.
 
Digər tərəfdən, 2050-ci ildə Avropanın 10 faizinin müsəlman olacağı güman edilir.
 
Müsəlman ölkələrində İŞİD-lə bağlı aparılan sorğuların çox böyük hissəsində, insanların çoxunun İŞİD-lə bağlı mənfi fikirlərə sahib olduğu müşahidə olunur. İordaniyadakı sorğularda bu 94 faizdən çoxdur. Livanda isə sözügedən rəqəm 99 faizdir. 

Google+ WhatsApp ok.ru