Müsəlmanlar 2016-cı ildə halal turizmə 156 milyard dollar vəsait xərcləyib

Müsəlmanlar 2016-cı ildə halal turizmə 156 milyard dollar vəsait xərcləyib

Statistikaya əsasən, 2016-cı ildə  dünya müsəlmanlarından 121 milyon nəfər  halal turizmə 156 milyard dollar vəsait xərcləyib. 
 
Maide.Az sputnik-ə istinadən xəbər verir ki, son illər ərzində halal turizm məsələsi bir çox müsəlman və həmçinin qeyri-müsəlman tacir və investorların diqqətini özünə cəlb edib. 
 
Bu gün bir çox qeyri-müsəlman ölkələri müsəlman turistlərin diqqətini ölkələrinə cəlb etmək üçün bəzi hotel, restoran və istirahət mərkəzlərində halal standartların icrasına başlayıb. 
 
Türkiyənin Müstəqil Sənayeçi və İş adamları Birliyi dünya iqtisadiyyatında müsəlman turistlərin rolu ilə bağlı hesabat yayımlayıb. Hesabata əsasən 2016-cı ildə dünya müsəlmanlarından 121 milyon nəfər halal turizmə 156 milyard dollar vəsait xərcləyib. Bu rəqəmin 2020-ci ildə 220 milyard dollara qərəd artacağı proqnozlaşdırılır. /

Google+ WhatsApp ok.ru