Ümumdünya Assambleya Hindistan baş nazirinə çağırış etdi: ‘Vəzifənizin icarına məsuliyyətlə yanaşın, cinayətkarları cəzalandırın’

Ümumdünya Assambleya Hindistan baş nazirinə çağırış etdi: ‘Vəzifənizin icarına məsuliyyətlə yanaşın, cinayətkarları cəzalandırın’

 
İslami Məzhəblərin Yaxınlaşması üzrə Ümumdünya Assambleyasının baş katibi Höccətul-İslam Həmid Şəhriyari Hindistanın baş naziri Narendra Mudiyə məktub göndərib və ölkəsində müsəlmanlara qarşı törədilən zorakılıq, cinayət və qətliamı pisləyib.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, məktubda bildirilir: 
 
“Son günlərdə Hindistanda baş verənlər dünyanın sülhsevən xalqlarının, insan haqları aktivistlərinin, xüsusi ilə də dünya müsəlmanlarının nigarançılığına səbəb olub. Hindistan çoxməzhəbli və çoxmədəniyyətli bir ölkə olaraq indiyədək müxtəlif irqlər, dinlər və mədəniyyətlərin nümayəndələrinin sülh və barış içində yaşaması baxımından nümunə ölkə olmuşdur. Cənabınız "Hinduların Milli Partiyası"nın rəhbəri olsanız da öhdənizdə əzəmətli bir ölkənin idarəsi kimi ağır bir məsuliyyətiniz var. Siz ölkənin ana yasası və maraqlarına uyğun addım atmalı və Hindistanı bütün mədəni xüsusiyyətləri ilə birgə qorumalısınız. Və unutmamalısız ki, Hindistan mədəniyyətinin bir hissəsi olan müsəlmanları qorumaq məsuliyyətini də siz daşıyırsınız. Əhalinin 70 faizini hinduların təşkil etməsi sizə digər məzhəblər və dinlərin hüquqlarının qorunmasını unutdurmamalıdır. Müsəlmanlar ölkənizin əhalisinin 15 faizini təşkil edir və ölkəniz müsəlman çoxluğuna görə İslam dininə mənsubların üçüncü evi sayılır.”
 
İslami Məzhəblərin Yaxınlaşması üzrə Ümumdünya Assambleyasının baş katibi məktubunun davamında bildirir: “BMT-nin insan haqları qanunlarına görə məskən, həyat və iş haqları ölkənizdə olan müsəlmanların təbii haqqıdır. Və bunu da təbii qarşılayın ki, sayları bizim ölkəmizin əhalisindən 2.5 dəfə çox olan müsəlmanların taleyi qarşısında biz də biganə olmamılıyıq və reaksiya verməliyik.  Çünki radikallıq və irqçilik insan şəfərini ləkələyir, insanın fitrətinə ziddir. Din həmişə azad seçim olmalıdır. Dinlər üçün qanuni və icrayi məhdudiyyətlər yaratmaq həmişə əks nəticə verib. Və bütün dinlərin axir-zamanda ədalətin bərqərar olacağına vədə verməsi bunu zəmanət verir. Ümid edirəm ki, öz vəzifənizin icarına məsuliyyətlə yanaşacaq, radikal irqçilərin cinayətlərinin qarşısını alacaqsınız, bu olaylarda zərərçəkənlərə kompensasiya ödəyəcək və cinayətkarları ədalət məhkəməsində cəzalandıracaqsınız."    
 

Google+ WhatsApp ok.ru