Ümumdünya Qüds Günü mitinqləri dünyanın 80-dan çox ölkəsində keçirilir

Iranın paytaxtı Tehranda və ölkənin 770-dən çox şəhər və qəsəbəsində  elan olunan məscid və yollardan başlayaraq cümə namazı qılınan məkanlara doğru yürüşlər başlayıb.
Maide.az İranın İRNA xəbər agentliyinə istinadən xəbər verir ki, bu gün Ümumdünya Qüds Günü mitinqləri dünyanın  80-dan çox ölkəsində keçirilir. 
Ümumdünya Qüds Günü mitinqi bu il "Ümumdünya Qüds Günü Fələstin amalının təzahürü", "İslam ümmətinin modern cahillik və Qəzzadan tutmuş Yəmənə qədər uşaq qətlinə qarşı vəhdət fəryadı" şüarları altında keçirilir.
Qeyd edək ki, Qüds günü mitinqi bu gün Bakıda sionist rejimin səfirliyi qarşısında da keçirilib, mitinqə polis müdaxilə edib və  10-dan çox insan həbs olunub./ 
 

Google+ WhatsApp ok.ru