Avropa Parlamenti Bəhreyndə insan haqlarının pozulmasını pisləyib

Avropa Parlamenti  Bəhreyndə insan haqlarının pozulmasını pisləyib.
 Maide.az Press TV-yə istinadən xəbər verir ki, Avropa Parlamentinin nümayəndələri bir qətnamə təsdiqləyərək Bəhreyn hökumətindən bu ölkə vətəndaşlarını repressiya etməyi dayandırmasını və ən qısa zamanda bütün siyasi, əqidə, o cümlədən jurnalistlər və hüquq müdafiəçilərinin azad edilməsini tələb edib. 
Avropa Parlamentinin nümayəndələri həmçinin Bəhreynə gözyaşardıcı qaz və digər təzyiq vasitələrinin ixracının qadağan olunmasını istəyib. 
Avropa Parlamenti Bəhreyndə insan haqlarının vəziyyətindən narahatlığını elan edib və  bu ölkə hökumətindən vətəndaşların hüququ, o cümlədən ifadə və sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşmasını istəyib. 
Avropa Parlamentinin qətnaməsində həmçinin Bəhreyn İnsan Haqları Mərkəzinin direktoru Nəbil Rəcəbin dərhal azad edilməsi vurğulanıb. 
Sosialistlər və demokratlar qrupundan Avropa Parlamentinin nümayəndəsi Cozef Videnhultzer cümə axşamı günü deyib ki, Nəbil Rəcəbi dəstəkləmək lazımdır ki, regionda insan haqlarının ən önəmli mübarizidir. 
2015-ci il aprelin 10-15-də   Bəhreynə səfər edən Beynəlxalq İnsan Haqları Qurumları Federasiyasının heyəti  öz hesabatında Bəhreyndə işgəncə, həbs və hüquq müdafiəçilərinin vətəndaşlığının ləğv olunmasını pisləyərək bildirib ki, Bəhreyndə insan haqları qurumları və şəxsiyyətlər çoxlu problemlərlə qarşı qarşıyadırlar. /

Google+ WhatsApp ok.ru