Mursi ömürlük həbs cəzasına məhkum edildi

Misir cinayət məhkəməsi ölkənin sabiq prezidenti Məhəmməd Mursi barəsində hökm çıxarıb. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, məhkəmə onu xarici dövlətin xeyrinə casusluqda təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib.
 
Məhkəmədə fasilə elan olunub. Bir müddətdən sonra ikinci iş üzrə hökm veriləcək. İkinci işə əsasən, M.Mursi məhkumların həbsxanadan qaçmasına görə ittiham edilmişdi./
 

 

Google+ WhatsApp ok.ru