Müxtəlif yerlərdə ‘Əsrin müqaviləsi’ və Bəhreyn forumuna etiraz aksiyaları keçirilib

Müxtəlif yerlərdə ‘Əsrin müqaviləsi’ və Bəhreyn forumuna etiraz aksiyaları keçirilib

Dünən Fələstinin bütün şəhərlərində, Fələstin qaçqın düşərgələrində və bir çox ölkədə "Əsrin müqaviləsi"nə və Bəhreyn forumuna etiraz aksiyaları keçirilib.
 
Maide.Az "Felestin.info"-ya istyinadla xəbər verir ki, Beytlahimdə keçirilən yürüşdə "Əsrin müqaviləsi" və Bəhreyndə keçiriləcək foruma etiraz edilib.
 
Qəzza zolağında ümumi tətil keçirilib, banklar, ali məktəblər, rəsmi qurumlar və məhkəmələr çalışmayıb.
 
"Əsrin müqaviləsi" və Bəhreyndə keçiriləcək iqtisadi foruma etiraz üçün əl-Xəlil şəhərində mitinq, Dura şəhərində yürüş keçirilib.
 
Əl-Xəlil şəhərinin meri Cibrin əl-Bəkrinin də iştirak etdiyi yürüşə qatılanlar "Fələstin satışlıq deyil", "Rədd olsun Əsrin müqaviləsi", "Əsrin müqaviləsi utanc və zillət müqaviləsidir" kimi yazılar yazılmış plakatlar açıblar.
 
Nablusda da Fələstin Qurtuluş Təşkilatı qruplarının və qeyri-hökumət təşkilatlarının çağırışıyla keçirilən yürüşlə "Əsrin müqaviləsi" və Bəhreyn forumuna etiraz edilib.
 
Onlarla fələstinli Nyu-Yorkun Bruklin bölgəsində toplaşaraq, ABŞ rəhbərliyinin siyasətlərinə və "Əsrin müqaviləsi"nə etiraz edib.
 
150 dərnəyin təşkil etdiyi Livan Qadınlar Şurası da yaydığı bəyanatda Bəhreyndə keçiriləcək forumu pisləyib.
 

Google+ WhatsApp ok.ru