Myanmada 3 min məscid söküləcək

Myanmada 3 min məscid söküləcək

 
Myanmarının Arakan əyalətində, məscidlərin də olduğu 3 min ibadətgahın, qanunsuz inşa edildiyinə görə dağıdılacağı bildirilib.
 
Myanmanın Arakan əyalətinin rəsmisi bildirib ki, regionda qeyri-qanuni tikilən məscidlər və digər ibadətgahların sökülməsi üçün sənədlər hazırlanır. Əyalətdə icazəsiz inşa edilən təxminən 3 min məscid və ibadətgah var.
 
Maide.Az bildirir ki, FaktXəbər-in məlumatına görə, Yerli hakimiyyət yaxın zamanda sökülmə planı ilə əlaqədar rəsmi açıqlama verəcək.
 
Söküntü işlər müsəlmanların sıx məskunlaşdığı ərazilərdə aparılacağı qeyd olunub.
 
Qeyd edək ki, Myanmanın qərbində yerləşən Arakanda 2012-ci ildə buddistlərin müsəlmanlara hücumu nəticəsində çoxlu sayda müsəlman öldürülmüşdü. Yüzlərlə ev və iş yeri yandırılmışdı. Myanmada müsəlmanların əksəriyyəti Myanma vətəndaşlığı haqqından məhrumdur və aparteidə bənzər bir şəraitdə yaşayır. Heç bir beynəlxalq orqan bu dini azlığın qırğını və incidilməsinə önəm vermir və susur. 
 
 

Google+ WhatsApp ok.ru