Myanmada sürüşmə nəticəsində ölənlərin sayı 96-ya çatıb

Myanmada sürüşmə nəticəsində ölənlərin sayı 96-ya çatıb

Myanmada sürüşmə zamanı ölənlərin sayı artıb.
 
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 96 nəfərə çatıb. 
 
Bildirilib ki, hadisə bu gün yerli vaxtla saat 08:00-da ölkənin şimalında, Kaçin ştatında yerləşən neft şaxtasında baş verib.
 
Qeyd olunub ki, dağıntılar altında yüzlərlə insanın qaldığı ehtimal olunur, ərazidə xilasedicilər çalışır.
 
Uzun müddət yağan mövsümi yağışların torpaq sürüşməsinə səbəb olduğu bildirilib.
 

Google+ WhatsApp ok.ru