Myanma dövlətinin müsəlmanlara qarşı yeni siyasəti

Myanmada müsəlmanlara qarşı təzyiqlərin şiddətlənməsi daha aşkar forma alıb. 
Maide.az-ın məlumatına görə, bu dəfə Myanma dövləti ölkə ərazisində  "Rohinca” kəlməsini işlətməyi qadağan edib. 
Qeyd edək ki, Rohincalar Myanmanın Arakan ştatında yaşayan müsəlman xalqdır.
Məlumata əsasən, bir çox ekspertlər  qadağanı Myanma dövlətinin müsəlmanların fiziki  məhvi ilə yanaşı,həmdə onlara məxsus mədəniyyətə qarşı  müharibə kimi dəyərləndirirlər.
İnformasiya mənbələrinin məlumatlarına görə, Myanmanın qərbində yerləşən Raxin əyalətinin baş naziri və yüksək vəzifəli məsul şəxsləri xarici qeyri-hökumət qurumlarına çağırış ediblər, onlardan “Rohinca” kəlməsini işlətməkdən çəkinmələrini tələb ediblər. 
Ötən həftə BMT-nin baş katibi Ban Ki Munun Raxin əyalətinin müsəlmanları haqda çıxış edərkən Rohinca kəlməsindən istifadə etmşidi.  
BMT-nin baş katibi bir çıxışda Myanma dövlətinin Rohinca müsəlmanlarına qarşı ayrı-seçkiliyə son qoymasını istəyərək, vurğuladı ki, heç bir ayrı-seçkilik aparılmadan Rohinca müsəlmanlarının vətəndaşlıq  hüquqları tanınmalıdır. Myanma dövləti onun sözlərinə bu qadağanı tətbiq etməklə reaksiya verib.  
Qeyd edək ki, BMT-nin məlumatına görə, Rohincalar dünyada ən çox zülmə və əziyyətə məruz qalan etnik azlıqlardan biridır. 2012-ci ilin məlumatlarına görə Myanmada 800 000 rohinca yaşayır. Onlar uzun illər ərzində bu ölkədə yaşayırlar. Lakin Myanma dövləti hələ də onlara vətəndaşlıq hüququ verməkdən boyun qaçırır və müsəlmanları Banqladeş kimi ölkələrdən qanunsuz olaraq mühacirət etmiş əhali kimi qələmə verir. /
Myanmanın 1948-ci ildə istiqlaliyyət əldə edikdən sonra Rohinca müsəlmanları buddistlər tərəfindən işgəncə, ayrı-seçkilik və bərabərsizliklərlə üzləşiblər.
 

 

Google+ WhatsApp ok.ru