Ağsu aşırımında təhlükə - (Video)

3 gündür ki, yağan intensiv yağışlar Ağsu aşrımında torpaq sürüşməsinin aktivləşməsinə səbəb olub. Aktivləşmə Ağsu-Şamaxı yolunda mövcud olan 7 sürüşmə zolağının hamısında müşahidə edilir.
 
Maide.az Kanal S-yə istinadən bildirir ki, sürüşmələr özünü yolun 144, 146, 148, 149, 151 və 154-cü km-lərində daha aktiv şəkildə göstərir.
 
Vəziyyətlə bağlı əlaqədar qurumlar hərəkətə keçib. Artıq adıçəkilən ərazidə bərpa işlərinə start verilib. Amma uçqun baş verdiyi yolda müəyyən işlər aparılmasına baxmayraq, uçqun vuran ərazi gündən-günə çoxalmaqdadır. Sürüşməyə meylli olan ərazilərdə artıq dağıntılar qeydə alınıb. Sürüşmələrin miqyası hər ötən gün böyüyür. Ən böyük uçqun 148-ci km-də qeydə alnıb. Yüksəklikdən qopub gələn qaya parçaları avtomabillərin hərəkət etdiyi yola tökülüb.
 
Kanalın görüntünü lentə alan operatoru çəkiliş zamanı çətin anlar yaşayıb. Ağsudan Şamaxı istiqamətində bəzi yolların kənarına böyük dayaq hasarları qoyulub. Magistral yolda hərəkət daha da təhlükəli olmağa başlayıb. Sürüşmələr bu cür davam edərsə, magstiral yol bağlana bilər.
 
Sürüşmənin məruz qaldığı ərazi 12 saylı Ağsu yol istismar idarəsi tərəfindən nəzarətə götürülüb. Uçqun vurmuş ərazi qırmızı lentlə əhatəyə alınıb. Uçqunla əlaqədar sürücülər yaxınlıqda yeni inşa olunmuş alternativ yoldan istfadə edirlər.

Google+ WhatsApp ok.ru