Myanmarda Müsəlman Hüquqşünaslar Assosiasiyası yaradılıb

Myanmarda hüquq müdafiəçiləri  “Müsəlman Hüquqşünaslar Assosiasiyası” təsis ediblər. 
 
Maide.Az xəbər verir ki,  assosiasiyanın yaradılmasından məqsəd  bu ölkədə müsəlmanların  hüquqlarını müdafə etməkdir. 
 
Myanmar Ali Məhkəməsinin vəkillərindən olan  Ko Ney bildirib ki, altı ay öncədən Müsəlman Hüquqşünaslar Assosiasiyasının yaradılması layihəsi hazırlanıb.  “Bu Assosiasiya həmkarlar ittifaqı kimi  dini ayrıseçkilik və zorakılığa məruz qalmış müsəlmanların hüquqlarını müdafiə edəcək.”
 
Məlumat üçün bildirək ki, Myanmar hökuməti 1982-ci ildə Arakan müsəlmanlarının vətəndaşlıqlarını əlllərindən alıb və hazırda onlar dövlətsiz hesab edilir. Myanmarda müsəlmanlar təhqir edilir, döyülür və öldürülürlər. Canını qurtarmaq istəyən müsəlmanlar qonşu ölkələrə qaçırlar. 
 
Xatırladaq ki, Myanmarda  bir milyondan çox müsəlman  Arakan əyalətində qaçqın düşərgələrində yaşayır. 
 

Google+ WhatsApp ok.ru