Myanmarla bağlı verilən son məruzə - BMT

Myanmarla bağlı verilən son məruzə - BMT

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Myanmar hökümətini ölkənin ən kəskin rayonlarında humanitar yardımlara qoyduğu blokadanı ləğv etməyə çağırdığı məruzədə hər gün Myanmarda yaşı 5-dən aşağı olan 150 uşağın öldüyünü açıqlayıb.
 
UNİCEF-in Myanmar üzrə xüsusi nümayəndəsi Bertran Bainvelin verdiyi məruzədə deyilir ki, hakimiyyətdə Aunq San Suu Kyinin olduğu Myanmarın döyüş və yoxsulluğun hakim kəsildiyi problemli bölgələrində uşaqlara kömək edilmir.
 
Bainvelin sözlərinə görə, yoxsulluq və münaqişələrdən əziyyət çəkən bölgələrdəki bəzi ailələr öz uşaqlarının sətəlcəm kimi bəzi ümumi xəstəliklərdən müalicəsi üçün tibbi sağlamlıq mərkəzlərinə çıxış əldə edə bilmirlər: beş yaşın altındakı uşaqların 30 faizində orta və ya ağır qidalanma çatışmazlığı var və bütün uşaqların yarısından çoxu yoxsulluq həddinin altında yaşayır.
 
Ölkədə körpə ölümü 1000 doğuşa təxminən 50 nəfər təşkil edir. Birləşmiş Krallıqda isə bu səviyyə 1000-ə 4-dür.
 
Qeyd edək ki, hakimiyyət qüvvələri Myanmarın Rohinca əyalətində etnik müsəlmanlara qarşı soyqırım törətməkdədir. Hakimiyyətin 2011-ci ildən törətdiyi ayrımçılıq siyasəti səbəbindən 120 min rohincalı müsəlman qaçqın düşərgələrində saxlanılır. Hökümət onları vətəndaşlıq haqqı ilə təmin etmir və onlar digər xalqlardan kənar ediliblər. Bütün bunlara baxmayaraq ölə prezidenti xanım Aunq San Suu Kyi Nobel sülh mükafatına layiq görülüb. (İslaminSesi)

Google+ WhatsApp ok.ru