Myanmar ordusunun Rohingiya müsəlmanlarına qarşı genişmiqyaslı hücumlarında ölənlərin sayı artıb

Myanmar ordusunun Rohingiya müsəlmanlarına qarşı genişmiqyaslı hücumlarında ölənlərin sayı artıb

Myanmar ordusunun Raxin vilayətində Rohingiya müsəlmanlarına qarşı genişmiqyaslı hücumlarında ölənlərin sayı artıb.
 
Maide.Az xəbər verir ki, Myanmar ordusunun və ifratçı buddistlərin Raxin vilayətinin şimalında Maungdau bölgəsində Rohingiya müsəlmanlarına qarşı genişmiqyaslı hücumları nəticəsində 59 nəfər həlak olub və xeyli sayda insan yaralanıb. 
 
Bundan öncə bu hücumun qurbanlarının sayının 22 nəfər olduğu bildirilmişdi.
 
Qeyd edək ki, Myanmar ordusunun hücumları Rohingiya müsəlmanlarını qəzəbləndirib və bir neçə gün ərzində onlar hərbi mərkəz və polis məntəqələrinə hücum edərək 12 polis zabitini öldürüb.
 
Ötən aydan indiyədək Myanmar hərbçilərinin Raxin vilayətində hücumları və müsəlmanlara qarşı repressiyaların artması ilə, eyni zamanda minlərlə müsəlman öz ev-eşiyini tərk edərək Banqladeşə didərgin düşüb. 
 
Myanmar, Asiyanın cənub şərqində yerləşir. Bu ölkə Rohingiya müsəlmanlarının vətəndaşlıq hüquqlarını rəsmən tanımır və onların banqladeşli mühacirlər olduğunu iddia edir. (irna)

Google+ WhatsApp ok.ru