Myranmardan 21 min rohingiyalı müsəlman Banqladeşə sığınıb

Myranmardan 21 min rohingiyalı müsəlman Banqladeşə sığınıb

Beynəlxalq Miqrasiya Təşkilatının  (BMqT) Cənub-Şərqi Asiya Ölkələri üzrə idarəsi elan edib ki, son həftələr ərzində Myanmarda baş verən gərginlik nəticəsində  21 min rohingiyalı müsəlman Banqladeşə sığınıb. 
 
Maide.Az xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, hesablamalara görə oktyabr ayının 9-dan dekabr ayının 2-dək 21 min rohingiyalı müsəlman evlərindən didərgin düşmək məcburiyyətində olub və Banqladeşdə Coxs Bazar bölgəsinə sığınıb. 
 
Digər bir məlumata görə, mərkəzi ofisi Londonda yerləşən İslami İnsan Haqları Komissiyasının üzvlərin Məsud Şəcərə deyib ki, Myanmarda Rohingiya müsəlmanlarına qarşı  geniş miqyaslı etnik təmizləmə aparılır. 
 
M.Şəcərə Presstv-yə açıqlamasında deyib ki, heç şübhəsiz bu bir həqiqətdir ki, Myanmar müsəlmanları ən çox zülmə mərzu qalmış şəxslərdirlər. Onların çəkdiyi acı digər ölkələr, xüsusi ilə Qərb ölkələri tərəfindən unudulub.
 
M.Şəcərə İslam Əməkdaşlıq Təşkilatı və Qərb ölkələrini Myanmarda baş verən hadisələrə görə susduqları üçün tənqid edib. “Parisdə və ya Aavropanın hər hansı bir yerində partlayış baş verərsə dünyanın hər yerindən bu kimi hadisələr pislənilir. Amma burada (Myanmarda) məqsədli qətliamın, təcavüz və insan və müsəlmanların soyqırımının şahidiyik. İslam Əməkdaşlıq Təşkilatı və Qərb ölkələri bu cinayətlər qarşısında susur”. 
 
O deyib ki, bu Qərb ölkələrinin müsəlmanlara qarşı siyasətinin aşkar nümunəsidir. 
 
M. Şəcərə deyib ki, Myanmar müsəlmanlarına qarşı bu davranışlar əslində islamfobiya və müsəlmanlar əleyhinə yaradılan nifrətdən irəli gəlib. "Rohingiya müsəlmanlarının acısını paylaşmaq, onlar üçün ədalət və rifah istəmək üçün mübarizə aparmaq xalqların üzərindədir.  Ona görə ki, bu məsələdə beynəlxalq ictimaiyyət, siyasətçilər və hökumətlər  acizlik göstərir”.
 

Google+ WhatsApp ok.ru